Vətəndaşların qəbulu və müraciətlərinə baxılması, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədi ilə nəqliyyat naziri Ziya Məmmədov iyulun 29-da Balakən şəhərində Zaqatala, Qax və Balakən rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı iyulun 27-də saat 09:00-dan 18:00-dək müvafiq olaraq aşağıdakı ünvanlarda aparılacaq.
- Balakən şəhəri, Heydər Əliyev prospekti - 42
- Zaqatala şəhəri, Nizami küçəsi - 9;
- Qax şəhəri, Heydər Əliyev prospekti - 2B.
Ülviyyə R. Əli
www.oxu.az