İmişli rayonunun Mürsəlli kəndində intihar hadisəsi qeydə alınıb.
Oxu.Az-ın APA-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında kənd sakini 1936-cı il təvəllüdlü Əsədov Əli Uruf oğlu özünü evdə darvazanın giriş qapısında olan dirəkdən asıb.
Ə. Əsədovun cəsədini övladları aşkarlayıb.
Faktla bağlı araşdırma aparılır.
A.M.