Ağstafada tanışı tərəfindən bıçaqlanan şəxs danışıb.
Bıçaqlanan Nuran Babayev qeyd edib ki, hadisə baş verdikdən sonra xəstəxanaya sürünə-sürünə gəlib:
“Məni bıçaqlayan Mahir Kazımov tanışımdır. Sevgilisi ilə tez-tez dalaşdığı üçün qız evdən qaçırdı. Gecə saatlarında mənim yoldaşıma zəng edərək sevgilisinin bizdə olub-olmadığını soruşdu. Səhəri gün onunla görüşdüm. Məni vuracağını gözləmirdim”.
Daha ətraflı İTV-nin süjetində:
25.01.24 09:04
Ağstafada 37 yaşlı kişi bıçaqlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-a məlumat verib.
Onun sözlərinə görə, Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.Babayevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü Mahir Kazımov saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.