Ali Məhkəmənin hakiminin fəaliyyətinə xitam verilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının hakimi Zakir Quliyev bir müddət əvvəl öz ərizəsi ilə fəaliyyətinə xitam verilməsi üçün Məhkəmə Hüquq Şurasına müraciət edib.
Məhkəmə-Hüquq Şurası müraciətə müsbət cavab verib və hakimin fəaliyyətinə xitam verilib.
Qeyd edək ki, Zakir Quliyev 2016-cı ildə müddətsiz hakim təyin edilmişdi.