Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
“AMAY Abdulla”nın “arvadı”nın cinayət işi: Deyirdi ki, MTN-də işləyirəm
Bakıda vətəndaşlara qarşı dələduzluq edən qadının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılan Aygün Akimova ilə birlikdə İlham Baxışov da həbs edilib.
Oxu.Az Musavat.com-a istinadən xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə ötən iclasda ifadə verən zərərçəkmiş Afət Hüseynova sualları cavablandırıb.
O bildirib ki, Aygün Akimova özünü nüfuzlu şəxslərdən birinin arvadı kimi təqdim edərək onun etibarını qazanıb:
“Həm də deyirdi ki, MTN-də işləyirəm. General Akif Çovdarovun adını çəkirdi. Hər gün saat 7:45-də taksiyə minib qaçırdı ki, 8-də nazirlikdə iclasda olmalıyam”.
Zərərçəkmiş Hüseynova çıxışının davamında deyib ki, Aygün Akimova onu Neft Akademiyasının yanına apararaq 2 milyon 200 min manat dəyəri olan obyekt göstərib:
“Biz obyektə baxdıq. Mənə dedi ki, “burada hamı MTN işçisidir. Heç kimin üzünə baxma. Mənə dedi ki, 2 milyon 200 minə alıram. Sənin də nə qədər pulun varsa, gətir”. Mən də axırıncı 186 minimi aparıb verdim. Rəşid Behbudov küçəsindəki evimi də öz adına almışdı. Sonradan üstü açıldı. Mən Aygünün soyadını Əliyeva bilirdim. Amma evin sənədlərinə baxanda gördüm ki, Akimova yazılıb. Deyirdi ki, onların 2-3 şəxsiyyət vəsiqəsi var. Onu bir dəfə MTN-dən çıxanda avtomobilə də götürmüşəm. Bu da məni inandırırdı”.
Afət Hüseynova mağazasında olan mallarının, evinin, avtomobilinin və yeni mağaza almaq üçün pullarının ələ keçirildiyini deyir. Afət Hüseynova 800 min manata qədər zərər çəkdiyini qeyd edir.
Növbəti məhkəmə prosesi mayın 18-nə təyin edilib.
Qeyd edək ki, Aygün Akimova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda olduqda) və 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirli bilinir.
Xatırladaq ki, Akimovanın iki övladının atası iş adamı “AMAY Abdulla”dır. Ancaq iş adamı ifadəsində deyib ki, Akimova onun şirkətində xadimə işləyib. Uşaqlarının atası olmadığı üçün onların doğum haqqında şəhadətnamələrinə öz adının yazılmasına razılıq verib.
Z.Q.
www.oxu.az
"Bakı" teqi üzrə xəbərlər
- Əbdül Xalid təcili xəstəxanaya yerləşdirildi
- Qatı duman səbəbindən ehtiyat aeroporta göndərilən təyyarələr Bakıya eniş ediblər
- "Pik saat" anlayışı yox oldu: "Bakıda uçan taksi olsa, göydə də tıxac yaranar"
- Avtobus sürücülərinin dayanacaqda yaratdığı VƏZİYYƏT
- Bakıda taksi sürücüsündən qeyri-adekvat davranış - Maşını gözüyumulu sürdü
Rəylər