Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Astarada iki qardaş bıçaqlandı - Hadisənin TƏFƏRRÜATI
Astaranın Ərçivan qəsəbəsində, Qəzəndaş adlanan ərazidə baş verən bıçaqlanma hadisəsinin təfərrüatı açıqlanıb.
Qohumlar arasında yaranan şəxsi mübahisə nəticəsində iki qardaş - 34 yaşlı Samir Mehdiyev və 36 yaşlı Zeynal Mehdiyev bıçaqlanıblar.
"Zəng etdilər, hadisənin baş verdiyi əraziyə getdim. Gördüm ki, dayılarım yaralıdırlar. Onları təcili tibbi yardımla Lənkəran xəstəxanasına gətirdik. Birinin vəziyyəti ağırdır, digəri isə yaxşıdır", - deyə yaralı şəxslərin qohumu bildirib.
Həkimlərin verdiyi məlumata görə, Samir Mehdiyevin döş qəfəsində, qarın nahiyəsində və başında açıq yaralar aşkarlanıb və o, təcili əməliyyat blokuna yerləşdirilib. Digər qardaş Zeynal Mehdiyevə isə sağ qabırğaaltı və sol bel nahiyəsində kəsilmiş-deşilmiş yaralar diaqnozu qoyulub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxslərin saxlanılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam edir. Faktla bağlı araşdırma aparılır.
Ətraflı Baku TV-nin süjetində:
Lənkəranda iki nəfərin bıçaqlanması ilə bağlı əməliyyat tədbirləri davam edir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Oxu.Az-a verilən məlumata görə, cinayət hadisəsini törətməkdə şübhəli bilinən şəxslərin saxlanılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Hazırda faktla bağlı araşdırma aparılır.
Astarada bıçaqlanma hadisəsi baş verib.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, rayon ərazisində 1990-cı il təvəllüdlü, Ərçivan sakini Samir Etibar oğlu Mehdiyev və 1988-ci il təvəllüdlü qardaşı Zeynal Mehdiyev bıçaqlanıb. Onlar xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Rəylər