Avstraliyada dəhşətli hadisə baş verib.
Oxu.Az-ın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, Kerns şəhərindəki “Mürrey strit” küçəsində yerləşən evlərin birində qətlə yetirilmiş 8 uşağın meyiti aşkarlanıb.
Onların hamısı soyuq silahla qətlə yetirilib.
ABC telekanalı öldürülən uşaqların 1,5-15 yaş arasında olduğunu bildirib.
Qətlə yetirilən uşaqların bacı-qardaş olduğu qeyd olunub. Hadisə yerində üzərində çoxsaylı bıçaq xəsarətləri olan yaralı qadın da aşkarlanıb. Qadın dərhal xəstəxanaya çatdırılıb.
Polis hadisə yerinə yaralı qadının zəngi əsasında saat 04.20-də cəlb olunub.
Ağır vəziyyətdə olmasına baxmayaraq qadının artıq polisə lazımi ifadə verdiyi qeyd olunur.
E.Ə.