Azərbaycan adam oğurluğunda təqsirləndirilən beş nəfər barəsində beynəlxalq axtarış elan edib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
Axtarışa verilənlər 38 yaşlı Rafat Əmirov, 32 yaşlı Rüfət Əmirov, 29 yaşlı Kamil Əmirov, 21 yaşlı Əli Hüseynov və 36 yaşlı Elvin Cəfərovdur. Axtarışa verilənlərdən Rüfət Əmirov adam oğurluğunda, qalanları isə adam oğurluğuna cəhddə təqsirli bilinir.
Azərbaycan hüquq-mühafizə orqanları onlar ölkədən qaçdıqları üçün barələrində dövlətlərarası axtarış elan edib, saxlanılmaları üçün İnterpola müraciət olunub.
A.M.