2017-ci ilin birinci rübündə mobil rabitə şəbəkəsinə 107 milyon yeni qoşulma qeydə alınıb.
Oxu.az vevby.ru-ya istinadən bildirir ki, ümumilikdə mobil rabitə şəbəkəsinə qoşulanların ümumi sayı 7,7 milyard nəfər təşkil edib. Bu da ötən illə müqayisədə 4 faiz artım deməkdir.
Daha çox bağlantı Hindistan üzrə qeydə alınıb. Ekspertlər bunu mobil operatorların endirim kampaniyaları ilə əsaslandırırlar. Qeyd edək ki, bu ölkədə ümumdünya şəbəkəsinə 43 milyon nəfər qoşulub.
Siyahıda ikinci sırada Çin gəlir. Bu ölkədə şəbəkəyə 24 milyon nəfər yeni istifadəçi qoşulub. Üçüncü sırada 10 milyon nəfər yeni qoşulma ilə İndoneziya, dördüncü sırada 5 milyon nəfərlə Pakistan, beşinci sırada 3 milyon nəfərlə Nigeriya yer alır.
L.Ə.