Xəzər dənizində gəmi kapitanı qadına yaxın münasibətdə olmağı təklif edib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisənin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin gəmilərindən birində qeydə alındığı iddia edilir.
Gəmidə aşpaz işləyən qadın şikayətində bildirib ki, gəminin kapitanı onunla yaxınlıq etməyi təklif edib.
Qadın faktla bağlı bir sıra dövlət qurumlarına və hüquq-mühafizə orqanlarına şikayət edib.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev Oxu.Az-a açıqlamasında qadının şikayət etməsini təsdiqləyib. O bildirib ki, məsələ ilə bağlı şikayətçi hüquq-mühafizə orqanlarına müraciət edib:
“Hüquq-mühafizə orqanlarının verəcəyi qərara uyğun olaraq QSC müvafiq addım atacaq”.
Aqil Vəlili