Rusiyada Azərbaycan vətəndaşı qətlə yetirilib.
Oxu.Az Rusiya KİV-nə istinadən bildirir ki, Rusiyanın Krasnoyar vilayətində azərbaycanlılar və ruslar arasında silahlı münaqişə baş verib. Münaqişə zamanı 35 yaşlı Tovuz rayon sakini Qaryağdı Nağıyev qətlə yetirilib.
Məlumata görə, həmvətənimizin cəsədi Azərbaycana sabah gətiriləcək. Münaqişənin səbəbləri araşdırılır.