Bakıda bağça müdirinin otağından 1750 manat pul oğurlayan şəxs saxlanılıb.
Oxu.Az-ın Xəzərxəbər-ə istinadən məlumatına görə, hadisə noyabrın 2-si, saat 3:00 radələrində paytaxtın Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində 96 saylı körplər evi-uşaq bağçasında baş verib.
Polisə məlumat verilib ki, bağçanın müdiri Rühəngiz Qurbanovanın otağının pəncərəsini qıran şəxs oradakı seyfdən 1750 manat pul oğurlayıb.
Əməliyyat-axtarış tədbirlərinə başlayan polis şübhəli şəxs kimi Bakı şəhər sakini, əvvəllər məhkum olunan Ceyhun Abdinovu saxlayıb.
Onun üzərinə baxış zamanı 1726 manat pul və 8 ədəd seyf açarı aşkar edilərək maddi sübut kimi götürülüb. Faktla bağlı Nəsimi rayon polis idarəsində cinayət işi başlanılıb.
E.Ə.
www.oxu.az