Türkiyə vətəndaşı Bakı sakininə qarşı 550 min dollarlıq dələduzluq edib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə 1979-cu il təvəllüdlü Kərimov Zaur Zakir oğlu hüquq-mühafizə orqanlarına ünvanladığı şikayət ərizəsində məlumat verib.
Z.Kərimov ərizəsində bildirib ki, 2013-cü ilin may və iyun aylarında Türkiyə vətəndaşı, 1966-ci il təvəllüdlü Oğuz Ənvər İnci oğlu ondan 550 min ABŞ dolları pul alıb, lakin indiyədək qaytarmayıb.
Faktla bağlı araşdırma aparılır.
E.Ə.
www.oxu.az