Paytaxt ərazisində ana və qızına öz evlərində hücum edilib.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, naməlum şəxs Bakıxanov qəsəbəsi Ə.B.Ağayev küçəsində yaşayan Nuridə Bayramovanın evinə soxulub və qızı Aytən Məmmədovanı bıçaqla hədələyib.
N.Bayramova 13-cü polis bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, dekabrın 18-də saat 19:30 radələrində tanımadığı kişi qapının açıq olmasından istifadə edərək evə girib.
Sabunçu Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsi və 13-cü polis bölməsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində ana və balaya evində şok yaşadan qəsəbə sakini Elşad Məmmədov tutulub.