Xətai rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Babək prospektində minik avtomobili 1978-ci il təvəllüdlü Rzayev Sadıq Fərmail oğlunu vurub.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Xətai Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən şəxsi saxlayıb.
Faktla bağlı araşdırma aparılır.