Oktyabrın 7-də Bakının Səbayil rayonunda bıçaqlaşma hadisəsi baş verib.
Oxu.Az-ın Vesti.Az-a istinadən verdiyi xəbərə görə, Səbayil rayon Polis İdarəsindən cinayətin qurbanının 18 yaşlı Novruzov Şahin Mübariz oğlu olduğu bildirilib.
Bıçaqla günorta vaxtı, 51 saylı məktəbin arxa həyətində baş verib. 11-ci sinif şagirdi olan Novruzovun bacısına sataşmış digər 11-ci sinif şagirdi ilə dalaşdığı bildirilir.
Yaralı Novruzov qarın nahiyəsindən aldığı bıçaq xəsarəti ilə Medi Klub-a yerləşdirilib.
Cinayətkarın şəxsiyyəti hələ müəyyənləşdirilməyib, bu istiqamətdə iş aparılır.
Bədən xəsarətinin yetirilməsi faktı üzrə cinayət işi qaldırılıb.