Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bakıda dələduzluqda ittiham olunan türkiyəli iş adamı yenidən hakim qarşısına çıxarılır
Bakıda dələduzluqda təqsirləndirilən "Hom Paş Prestij" MTK-nın sahibi, Türkiyə vətəndaşı Hikmət Yiğitdölün barəsindəki hökmdən yenidən apellyasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzəli Abbasovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclası sentyabrın 4-nə təyin edilib.
Qeyd edək ki, H.Yiğitdölün rəhbərlik etdiyi "Hom Paş Prestij" MTK 2008-ci ildə Bakı Şəhəri İcra Hakimiyyətinin sərəncamı ilə Xocalı prospekti, 1181-ci məhəllədə torpaq sahəsi alaraq çoxmərtəbəli bina tikintisinə başlayıb.
İttihama görə, MTK-nın sahibi, türkiyəli iş adamı H.Yiğitdöl Bakıda 72 vətəndaşın etibarından sui-istifadə edərək bir mənzili ayrı-ayrı şəxslərə təkrar sataraq onların külli miqdarda vəsaitini dələduzluq yolu ilə ələ keçirib.
Prosesdə ifadə verənə zərərçəkmiş Elçin Heydərov bildirib ki, 2007-ci ildə mənzil alsa da, sonradan mənzillərinin sənədlərini ala bilməyib və həmin mənzillərin başqa sahiblərinin olduğunu öyrənib.
Sonradan ona binadan 100 min manat dəyərində qeyri-yaşayış obyekti və iki mənzil verilib. Buna görə də şikayət və tələbinin olmadığını, barışdıqlarını deyib.
Digər zərərçəkmiş Vəli Əkbərli də ona məxsus qeyri-yaşayış obyektinin geri qaytarıldığını və şikayəti olmadığını qeyd edib.
Bildirək ki, Hikmət Yiğitdöl Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.
Onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, bir neçə il müddətinə azadlıqdan məhrum edilib.
"Dələduzluq cinayəti" teqi üzrə xəbərlər
- Rusiyanın Azərbaycandan istədiyi sabiq hakim Yelena Xaxaleva haradadır?
- Mahiyyəti dələduzluq əməli olan elanlar - Aldanmamaq üçün nə etməliyik?
- Vətəndaşlara "Azərpoçt"un adından saxta mesajlar göndərilir
- Məhkəmə Tofiq Yaqublu barəsində qərar verdi
- Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət