Bakıda içərisində 10 min manat dəyərində qızıl əşyalar olan seyf oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, hadisə aprelin 2-də baş verib.
Səbail Rayon Polis İdarəsinin (RPİ) 41-ci Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Oqtay İbrahimova məxsus evdən içərisində 10 min manat dəyərində qızıl əşyalar olan seyfi oğurlayan Sumqayıt şəhər sakini Emil Əliyev tutulub.