“Binə” ticarət mərkəzində 1994-cü il təvəllüdlü Hüseynov Xaliq Şaiq oğlu özünü anbarda asaraq intihar edib.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, Bakı şəhər Xəzər rayonu Buzovna qəsəbə sakini olan X.Hüseynovun ticarət mərkəzində satıcı işlədiyi bildirilir.
Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
S.B.
www.oxu.az