Bakıda oğurluqla məşğul olan dörd Gürcüstan vətəndaşından ibarət dəstə tutulub.
Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata əsasən, Baş Cinayət-Axtarış İdarəsi, Bakı BPİ-nin Cinayət-Axtarış İdarəsi və Nizami RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 11-də Mərdan Qənbərovun və Əlif Orucovun cibindən pul oğurlamış Gürcüstan vətəndaşları Goqolodze Merlakoviç, Geduadze Giorgeviç, Eristavi Meraboviç və Kereselidze Nudaroviç tutulublar.
Məlumata əsasən, G.Goqolodzedən 2,035 qram, G.Gequhadzedən 1,942 qram, D.Eristavidən 1,919 qram və M.Kereselidzedən 2,310 qram tiryək götürülüb.