Noyabrın 3-də Bakının Xətai rayonunda qətl hadisəsi törədilib.
Oxu.Az Vesti.Az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Xətai rayon Polis İdarəsindən yayıblar.
Məlumata görə, axşam saat 11 radələrində 29 yaşlı Səlimov Elmar Sərvər oğlu 26 yaşlı Səlimova Leyla Ramiz qızını öldürüb.
Qətldən dərhal sonra Səlimov polisə gəlib və günahını etiraf edib.
Dindirmə zamanı müttəhim göstərib ki, gecə otağa girib və arvadını telefonla başqa şəxslə danışdığını görüb. Bu zaman L.Səlimova tez telefonu söndürüb.
Həyat yoldaşını xəyanətdə şübhəli bilən ər onun etirafına nail ola bilməyib. Bundan sonra Səlimov arvadını boğaraq öldürüb.
Bildirilir ki, Səlimovların iki azyaşlı övladı qalıb. Polislərin sözlərinə görə, onları baba və nənələri tərbiyə edəcəklər.
Faktla bağlı istintaq davam edir.