Bakıda qadın evində sursat gizlədən ərini polisə verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, avqustun 25-də Xətai rayonu ərazisində yaşayan bir qadın 35-ci Polis Bölməsinə müraciət edərək ərinin onu ölümlə hədələdiyini və yaşadıqları evdə sursat saxladığını bildirib.
Xətai RPİ 35-ci PB-nin əməkdaşları tərəfindən həmin evə baxış zamanı 29 ədəd patron, 2 ədəd giliz və 42 ədəd piston aşkar edilərək götürülüb.
S.B.
www.oxu.az