Bakı şəhər sakininə qarşı 22 min manatlıq dələduzluq edilib.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyindən bildiriblər.
Belə ki, Nəsimi rayon Polis İdarəsi 21-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini G.Mirzəyevanın 22 min manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən Ağstafa rayon sakini Qiymət Məmmədova saxlanılıb.