Bakıda qadını şantaj edən kişi saxlanılıb.
Oxu.Az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, Yasamal rayonu Mətbuat prospektində Ağcabədi rayon sakini Rakif Quliyev Bakı şəhər sakini E.S (qadın) barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib .
Rakif Quliyev mayın 31-də şantaj yolu ilə qadından tələb etdiyi 3000 ABŞ dolları alarkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Z.Q.
www.oxu.az