Nərimanov Rayon Məhkəməsində insan alverində təqsirləndirilən C.M. barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilən təqdimata baxılıb.
Oxu.Az xəbər verir ki, məhkəmə təqdimatı təmin edib və C.M. barəsində dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Baş Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində sosial şəbəkələrdə qızları aldatmaq və hədə-qorxu gəlmək yolu ilə fahişəliyə cəlb edən Bakı şəhər sakini C.M. saxlanılıb.