Azərbaycan Respublikası DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi təşkilata gəncləri cəlb etməyə çalışan “Ocaq” (“İman evi”) dini təriqətin ondan çox üzvünə qarşı iş üzrə araşdırma aparır.
Oxu.Az xəbər verir ki, bu barədə “Sputnik-Azərbaycan”a hüquq-mühafizə orqanlarından bildiriblər.
Hüquq-mühafizəçiləri təriqət üzvlərinin izinə Biləcəri qəsəbəsində yerləşən məktəblərin birində bir qrup gəncin yuxarı sinif şagirdlərinə vətənpərvərlik mövzusunda məruzə oxumasına dair məlumat aldıqdan sonra düşüblər.
Məktəb direktoru mühazirəçilərin “İman evi”nin təsisçisi Asif Əfəndiyevin təlimini yaymaqla məşğul olacaqlarından şübhələnmədiyi üçün onlara dərs keçməyə icazə verib. Təriqət üzvləri isə yuxarı sinif şagirdlərinə sətirarası “Mütləqə inam” təlimindən də söz açıblar.
Bundan xəbər tutan direktor, Binəqədi Rayon Polis İdarəsinə məlumat verib.
Təriqət üzvlərinin təliminə əsasən, Asif Ata – yeni dinin peyğəmbəridir. Təriqətçilər özlərinin onun oğulları adlandırırlar. Ən maraqlısı isə odur ki, jurnallarda Əfəndiyevin təqdim etdiyi əlifba göstərilib. Bu gün həmin təşkilatın üzvləri öz gizli yazışmaları üçün həmin əlifbadan istifadə edirlər.
Məlumdur ki, əməliyyat-axtarış tədbirlərinin gedişatında polis əməkdaşları çoxlu sayda ədəbiyyat və təriqətin üzvlük biletlərini aşkar ediblər. Müsadirə edilən ədəbiyyat Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ekspertizaya göndərilib.
Qeyd edək ki, təriqətin yaydığı kitablarda həyat haqqında qəribə fikirlər yer alıb.
S.B.
www.oxu.az