Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
![Bakıda sürücünü hədələyib pulunu ələ keçirən şəxslər saxlanıldılar - ANBAAN VİDEO](https://images.oxu.az/2025/02/10/GJg2gVeRtqLpX2kvTTNMckkfXj1PW4IIt7aYUgPO:1200.jpg)
Bakıda sürücünü hədələyib pulunu ələ keçirən şəxslər saxlanıldılar - ANBAAN VİDEO
Nizami rayonunda sürücünü hədələyib pulunu ələ keçirən şəxslər saxlanılıblar.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, fevralın 7-də gecə saatlarında paytaxtın Nizami rayonu ərazisində 30 yaşlı bir kişiyə qarşı quldurluq cinayəti törədilib.
Zərərçəkən polisə müraciət edərək bildirib ki, idarə etdiyi "Jeep" markalı avtomobildə əyləşən şəxslər onu kəsici-deşici alətlə hədələyərək 235 manat pulunu və mobil telefonunu ələ keçiriblər.
Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərin gedişi çərçivəsində hadisə baş verən ərazidə təhlükəsizlik kameralarının görüntüləri təhlil edilib.
Nəticədə, quldurluq əməlini törətməkdə şübhəli bilinən 21 yaşlı Emil Abbaszadə, 23 yaşlı Mirsaleh Həsənov, 24 yaşlı Rauf Salmanzadə və 24 yaşlı Tural Eyvazov müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
![](https://img.youtube.com/vi/EsgmYwxDXTM/sddefault.jpg)
"Quldurluq cinayəti" teqi üzrə xəbərlər
- Polis qadına qarşı quldurluq edən şəxsi saxlayıb
- Bakıda kafeyə BASQIN: Dəmiri başına çırpıb qarət etdi
- Quldurluqda təqsirləndirilən qadın məhkəməyə gəlmədiyinə görə axtarışa verildi
- Özünü kommunal xidmət işçisi kimi təqdim edən şəxs azyaşlı qıza xəsarət yetirdi
- Sumqayıtda quldurluqla 127 min manat pulu ələ keçirən daha bir şəxs HƏBS EDİLİB
Rəylər