Ermənistan Xarici İşlər Nazirliyi Türkiyə ilə sərhəddə "Marqara" sərhəd-keçid məntəqəsinin açılması ilə bağlı xəbərləri şərh edib.
Oxu.Az xəbər verir ki, nazirliyin mətbuat katibi Ani Badalyan "Armenpress"ə bildirib ki, hazırda Ermənistan və Türkiyə arasında sərhəd-keçid məntəqəsinin açılması ilə bağlı heç bir irəliləyiş yoxdur.
"Bununla bağlı hər hansı bir yenilik olarsa olarsa, biz bu barədə məlumat verəcəyik", – deyə Badalyan qeyd edib.
Ermənistan və Türkiyə sərhədindəki "Marqara" nəzarət-keçid məntəqəsi 1 mart tarixində açılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Məlumata görə, məntəqədə Ermənistan tərəfində Milli Təhlükəsizlik Xidmətinin sərhədçiləri növbə çəkəcək.
Sərhəd məntəqəsinin açılması ehtimalı ilk dəfə 2024-cü ilin iyul ayında iki ölkənin xüsusi nümayəndələri Ruben Rubinyan və Sərdar Kılıçın "Marqara" yaxınlığında keçirdiyi görüşün nəticələri əsasında bildirilib.
Ermənistan tərəfi keçid məntəqəsinin təmiri və təchizatı üçün üçün təxminən 2.5 milyon dollar xərcləyib.