Millət vəkili Tahir Süleymanov qardaşı oğlu Kamran Süleymanovun maşınla piyadanı vurub öldürməsi hadisəsinə münasibət bildirib.
Oxu.Az xəbər verir ki, deputat AzVision.az-a açıqlamasında hadisədən xəbərdar olduğunu deyib. Deputat qeyd edib ki, heç kim belə hadisədən sığortalanmayıb.
“Dünən bu barədə xəbər aldım. Qardaşımın övladı avtomobili ilə piyadanı vurub. Bu yol-nəqliyyat hadisəsidir və heç kim belə bir hadisədən sığortalanmayıb”.
Xatırladaq ki, dekabrın 2-də saat 15 radələrində 1975-ci il təvəllüdlü, Şabran şəhər sakini Kamran Süleymanov idarə etdiyi “Mercedes Benz-E320” markalı, 90-XG-046 dövlət nömrə nişanlı avtomobillə Şabran şəhəri, M.Rəsulzadə küçəsində hərəkətdə olarkən yolu keçmək istəyən piyada - 1952-ci il təvəllüdlü, Şabran şəhər sakini Fikrət Əfəndini vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Faktla bağlı Şabran şəhərində baş verən yol nəqliyyat hadisəsi ilə əlaqədar cinayət işi başlanıb.
11:58
Baş Prokurorluq deputat Tahir Süleymanovun qardaşı oğlunun törətdiyi qəza ilə bağlı açıqlama verib.
Prokurorluqdan Oxu.Az-a verilən məlumata görə, Şabran şəhərində baş verən yol nəqliyyat hadisəsi ilə əlaqədar cinayət işi başlanıb.
Dekabrın 2-də saat 15 radələrində 1975-ci il təvəllüdlü, Şabran şəhər sakini Kamran Süleymanov idarə etdiyi “Mercedes Benz-E320” markalı, 90-XG-046 dövlət nömrə nişanlı avtomobillə Şabran şəhəri, M.Rəsulzadə küçəsində hərəkətdə olarkən yolu keçmək istəyən piyada - 1952-ci il təvəllüdlü, Şabran şəhər sakini Fikrət Əfəndini vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Faktla bağlı Şabran rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib və digər təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, Qafqazinfo-nun məlumatına görə, Kamran Süleymanov deputat Tahir Süleymanovun qardaşı oğludur.
E.Ə.
www.oxu.az