Daxili İşlər Nazirliyi (DİN) Xaçmazda vəhhabilərin azyaşlı məktəblini girov götürməsi xəbəri ilə bağlı açıqlama verib.
Oxu.Az xəbər verir ki, DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidovun APA-ya bildirdiyinə görə, bu barədə mətbuatda yayılan məlumatlar yalan və uydurmadır:
“Qəti şəkildə bildiririk ki, mətbuatda yayılan bu məlumat kökündən yalandır, Xaçmazda belə bir hadisə baş verməyib və tərəfimizdən qəti şəkildə təkzib olunur”.
Qeyd edək ki, Aznews.az-ın yaydığı xəbərdə dərsdən evə qayıdan Valehin yolda 15 nəfərlik dəstəni gördüyü və ona hədə-qorxu olunduğu bildirilirdi:
“Dəstə uşağı zorla saxlayaraq ləzgi dilində ona “Bizi gördüyünü heç kimə demə, yoxsa səni də, ailəni də öldürərik”- deyə hədələyərək uşağı buraxıblar. Tələsik evə gələn uşaq bütün gördüklərini valideynlərinə danışıb, atası dərhal zəng edərək polisi bu barədə məlumatlandırıb. Dərhal başlanan cinayət-axtarış işlərindən xəbər tutan dəstə həmin ailənin evinə gələrək, uşağın ata və anasını döyüb, valideynlərə ciddi xəsarət yetirib. Valehin özünü isə girov götürüblər.