Bakı Apellyasiya Məhkəməsində dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə təqsirləndirilən Mirədalət Vasif oğlu Talışxanovun cinayət işi üzrə hökmdən verilmiş apellyasiya şikayətinə baxılıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə hakim Əfqan Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub. Qərara əsasən, şikayət təmin edilməyib.
Xatırladaq ki, M.Talışxanov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 32.4, 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar etməyə təhrik etmə, eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham elan edilib.
O, sözügedən əməllərdə təqsirli bilinib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətə azadlıqdan məhrum olunub.
Mirədalət Talışxanov əvvəllər hüquq-mühafizə orqanlarında çalışıb.
Samir Əli