Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Evini əxlaqsızlıq yuvasına çevirən qadın həbs edildi
Şəki şəhərində yaşadığı mənzili əxlaqsızlıq yuvasına çevirmiş qadın cinayət məsuliyyətinə cəlb edilib.
"Qafqazinfo" xəbər verir ki, Şəki Şəhər Məhkəməsinin hökmü ilə şəhər sakini 1969-cu il təvəllüdlü Dilbər Yusifova (ad və soyadı şərti) 1 il 6 ay müddətə həbs edilib. O, məhkəmə zalındaca tutularaq cəzasını çəkəcəyi müəssisəyə göndərilib.
Bildirilib ki, D.Yusifova pul qarşılığında müxtəlif şəxslərlə görüşən həmcinslərinə öz evində şərait yaradıb və əldə edilən pulun yarısını özünə götürüb. Onun əxlaqsızlıq yuvası yaratmaqla yanaşı, bir neçə qadını fahişəliyə cəlb etməsi də müəyyən olunub.
İstintaq zamanı ifadə verən şəxslər bildiriblər ki, D.Yusifovanın evinin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsini xeyli insan bilib və orada mütəmadi görüşlər təşkil edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 243 və 244-cü (fahişəliyə cəlb etmə və əxlaqsızlıq yuvası saxlama) maddələri ilə cinayət işi açılıb.