Gəncənin Poçt qəsəbəsində yerləşən restoranlardan birində baş verən kütləvi davanın bəzi təfərrüatı məlum olub.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 1983-cü il təvəllüdlü Azər Yusifov dalaşan gəncləri ayırmağa çalışarkən bıçaq xəsarəti alıb və hadisə yerində vəfat edib
A.Yusifov ailəli olub, iki uşaq atası idi.
Gəncə şəhərində restoranın qarşısında başlayan kütləvi dava zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, avqustun 6-da saat 04:30-da xəsarət alması səbəbi ilə üç nəfər (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
Gəncə şəhərində restoranın qarşısında başlayan kütləvi dava qanla bitib.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, dava zamanı 1983-cü il təvəllüdlü Azər Yusifov aldığı bıçaq yarasından hadisə yerində dünyasını dəyişib.
Bundan başqa 1995-ci il təvəllüdlü Rahib Bayramlı, 1998-ci il təvəllüdlü Tural İlyasov və onun həmyaşıdı Azamat Peşerskiy bıçaq xəsarətləri ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər.
Qətli törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü M.Məmmədzadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma başlanılıb.