Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Goranboyda kişi arvadı, gəlini və nəvələrinin olduğu həyətə qumbara atıb - TƏFƏRRÜAT
Goranboy rayonunun Qarasüleymanlı kəndində baş verən hadisənin bəzi təfərrüatı məlum olub.
Oxu.Az "Report"a istinadən bildirir ki, gəlininin həyətinə qumbara atan 1957-ci il təvəllüdlü Zakir Mayıl oğlu Namazovun psixoloji problemləri olub. Belə ki, o, partlayıcını səbəbsiz yerə həyətə atıb.
Qeyd edək ki, hadisə zamanı qadınla yanaşı onun qayınanası və uşaqları da həyətdə olublar.
Hadisə nəticəsində xəsarət alan 1986-cı il təvəllüdlü Vəfa Şükür qızı Aslanova Goranboy Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

Goranboyda qumbara partlayıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qarasüleymanlı kəndində qeydə alınıb.
Qarasüleymanlı kəndində yaşayan 1957-ci il təvəllüdlü Zakir Mayıl oğlu Namazov gəlini 1986-cı il təvəllüdlü Vəfa Şükür qızı Aslanova ilə ailə münaqişəsi zəminində mübahisə edib və ona doğru əl qumbarası atıb.
Zərərçəkmiş şəxs xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.
Zakir Namazov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.