Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

ABŞ İranı Yaxın Şərqdə qeyri-sabitliyin mənbəyi hesab edir
ABŞ-nin dövlət katibi Marko Rubio İsrailin Baş naziri Binyamin Netanyahu ilə Qüdsdə keçirdiyi mətbuat konfransında İranı Yaxın Şərqdə qeyri-sabitliyin yeganə mənbəyi adlandırıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə TASS məlumat yayıb.
"Hər bir terror qruplaşmasının, hər bir zorakılıq aktının, hər bir təhlükəli fəaliyyətin və bu regionu evi adlandıran milyonlarla insan üçün sülh və sabitliyə təhlükə yaradan hər bir hadisənin arxasında İran durur. Bu ölkə regionda qeyri-sabitliyin yeganə və ən böyük mənbəyidir", - Rubio bildirib.
O əlavə edib ki, heç vaxt nüvə silahına malik olan və təzyiqlərdən qaça bilən bir İran ola bilməz. "Bu, heç vaxt baş verməyəcək."
Rubio qeyd edib ki, daha geniş məsələlər çərçivəsində Netanyahu ilə Suriya və Livanı da müzakirə ediblər. O bildirib ki, Əsəd rejiminin süqutu, əlbəttə, ümidverici və vacibdir, lakin əgər Suriya bir qeyri-sabitlik qüvvəsini digəri ilə əvəz edərsə, bu, müsbət hadisə olmayacaq.
O vurğulayıb ki, Livan məsələsində ABŞ və İsrailin məqsədləri üst-üstə düşür. "Bu, "Hizbullah"ı silahsızlaşdıra bilən güclü bir Livan dövlətidir", - Rubio bəyan edib.
"Marko Rubio" teqi üzrə xəbərlər
- Rubio Rusiyaya qarşı sanksiyaların ləğv edilməsi perspektivindən danışıb
- "Haber Global"da ABŞ dövlət katibinin İsrailə səfərinə həsr olunan süjet yayımlanıb
- Təyyarəsində nasazlıq yaranan ABŞ Dövlət katibi Almaniyaya yenidən yola düşüb
- Trampın xarici siyasəti ilə razılaşmayan diplomatlar işdən çıxarılacaqlar
- USAID-ə yeni direktor təyin edildi