Azərbaycanda ana məhbus oğluna holland pendirinin içərisində xüsusi üsulla gizlədilmiş 3 ədəd mobil telefon aparatı öturmək istəyib.
Oxu.Az-ın Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi məlumata görə, həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, məhkum Əli Ərrəhman oğlu İsmayılovun yanına qısamüddətli görüşə gəlmiş anası Səadət Arif qızı İsmayılovanın görüş otağında üzərinə və gətirdiyi sovqata baxış keçirilən zaman, sovqatda olan holland pendirinin içərisində xüsusi üsulla gizlədilmiş 3 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Əli Ərrəhman oğlu İsmayılov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 371-2.1 və 67.1 maddələrinə əsasən azadlıqdan məhrum edilib.
Fakt üzrə araşdırma aparılır.