Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İcarəyə götürdüyü avtomobili hissələrə bölüb satan şəxs CƏZALANDIRILDI
İcarəyə götürdüyü "Mercedes-Benz"i hissələrə bölərək satan şəxs həbs edilib. O, daha əvvəl də məhkəmə qərarını icra etmədiyinə görə həbs edilibmiş.
Oxu.Az Musavat.com-a istinadən xəbər verir ki, 35 yaşlı Xəlil "Mercedes Vito" markalı avtomobili aylıq 1500 manata icarəyə götürüb.
Bir müddət sonra icarə haqqını ödəməyib. Bu azmış kimi, Ramil Rüstəmova məxsus avtomobili hissələrə bölərək satıb. Bununla da avtomobilin sahibi olan Ramil Rüstəmova 25 min manat ziyan dəyib.
Əməlindən peşman olduğunu deyən Xəlil zərəri ödəməyib. Məhkəmənin hökmü ilə o, üç il müddətinə azadlıqdan məhrum edilib.
"Dələduzluq cinayəti" teqi üzrə xəbərlər
- "Atlant" istirahət mərkəzi satıla bilər: Qalmaqallı dələduzluq işi
- Rusiyanın Azərbaycandan istədiyi sabiq hakim Yelena Xaxaleva haradadır?
- Mahiyyəti dələduzluq əməli olan elanlar - Aldanmamaq üçün nə etməliyik?
- Vətəndaşlara "Azərpoçt"un adından saxta mesajlar göndərilir
- Məhkəmə Tofiq Yaqublu barəsində qərar verdi
Ən çox oxunanlar