Xətai rayonunda yerləşən mağazalardan birindən 10 min manat pul vəsaiti oğurlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, həmin mağazada çalışan - əvvəllər məhkum olunmuş 32 yaşlı N.Qasımov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Qaynar xətt:
(055) 224 12 12