İtalyan polisi miqyaslı əməliyyat keçirib, onun gedişatında şimali İtaliyada mənzil qarəti ilə məşğul olan cinayətkar qrupun 44 üzvü həbs edilib. Bunu Novara əyalətinin karabinerlər komandanlığının nümayəndəsi jurnalistlərə bildirib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, yerli KİV bu barədə xəbər verərkən, hüquq mühafizə orqanlarının “rus mafiyası” ilə mübarizədə uğurundan yazıblar, amma karabinerlər komandanlığının verdiyi məlumata görə, tutulan qarətçilərin əksəriyyəti gürcü mənşəlidir.
Gürcüstanın ən iri çayının şərəfinə adlanmış “Kür” əməliyyatı zamanı 45 kq qızıl bəzək əşyası, 200 kq müxtəlif gümüş məmulatlar, 3 milyon avro dəyərində digər dəyərli əşyalar müsadirə edilib.
Milan prokurorluğunun koordinatorluğunda olan bu işin istintaqı zamanı güclü cinayətkar qrup aşkar edilib, bu qrup İtaliyanın şimalında bir neçə vilayətdə fəaliyyət göstərib.