Sumqayıt Apellyasiya Məhkəməsində NİDA Vətəndaş Hərəkatının həbsdə olan keçmiş üzvü Elsevər Mürsəliyevin apellyasiya şikayətinə baxılıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, məhkəmə şikayəti qismən təmin edərək onun cəzasını 5 ildən 2 ilə endirib.
Qeyd edək ki, E.Mürsəliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum olunub. O, bir müddət əvvəl prezident İlham Əliyevə müraciət etmişdi.