İsmayıllı rayonunda qətl törədilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, İsmayıllı rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə iyulun 2-də rayonun Q.Aslanov küçəsində qeydə alınıb.
Şəhər sakini Rəbiyyə Talıbovanın üzərində döyülməyə xarakterik zorakılıq əlamətləri olan meyiti tapılıb.
Hadisənin kimin tərəfindən və hansı məqsədlə törədilməsi hələlik məlum deyil.
Faktla əlaqədar cinayət işi başlanıb, istintaq gedir.