Yanvarın 10-da Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini olan bir qadın naməlum şəxsin onun mobil telefonunu açıq talama yolu ilə almasını bildirib.
Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs qısa vaxtda müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun paytaxt sakini, əvvəllər məhkum olunmuş Zöhrab Əmiraslanov olduğu müəyyən edilib. Baxış zamanı onun üzərindən narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Saxlanılan şəxs maddi sübutla birgə istintaqa təhvil verilib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır.
A.M.
www.oxu.az