Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Əfsanə Rəhmanovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu. Az xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Ə.Rəhmanovaya şərti cəza verilib.
İttihama görə, Ə.Rəhmanova “Modern” mebel şirkətinin Babək prospektində yerləşən “Green Wood” mağazasında satış meneceri işləyərkən mağazanın satış müdiri və menecer vəzifəsində çalışan Tural Gülüşovla birgə vəzifə səlahiyyətlərindən sui-istifadə ediblər.
Belə ki, o, T.Gülüşovla qabaqcadan əlbir olaraq şirkətə məxsus malları satıblar, əldə edilən qazancı mənimsəyiblər. Şirkətə vurulmuş ümumi ziyan isə 108 min manat məbləğində müəyyənləşdirilib.
R.Əhmədova hamilə olduğu üçün onun cinayət işi ayrıca icraata verilib.
Hər iki şəxsin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (məmimsəmə; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Etibar Məmmədov