Bakı polisi “Mercedes” markalı avtomobili qaçırmış şəhər sakinlərini tutub.
Daxili İşlər Nazirliyindən (DİN) Oxu.Az-a verilən məlumata əsasən, Binəqədi rayon polis idarəsinin 5-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 16-da Ramin Abdulhəsənova məxsus “Mercedes” markalı avtomobili qaçırmış Bakı şəhər sakinləri Pərviz Əliyev, Kənan Yusifov və Abşeron rayon sakini Anar Abbasov tutulub.
Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların avtomobili Mingəçevir şəhər sakini Ramiz Rəhimova 4000 manata satmaları da müəyyən edilib.
DİN əməliyyat-axtarış tədbirlərini davam etdirir.