Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Narkotiklə dolu avtomobili evakuatorun üzərində paytaxta gətirmək istəyən dəstə üzvləri saxlanılıb
Ölkə ərazisinə qaçaqmal yolu ilə gətirilən külli miqdarda narkotik vasitəni Bakı şəhərinə çatdıraraq satışını təşkil etmək istəyən şəbəkə üzvləri ifşa ediliblər. Yardımlı rayonu ərazisində keçirilən əməliyyat tədbirləri zamanı 60 kiloqram narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.
Bildirilib ki, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən 38 yaşlı Ruslan Novruzov saxlanılıb. Ona məxsus avtomobilin yük yerinə baxış zamanı 60 kiloqram marixuana aşkarlanıb. Araşdırmalarla müəyyən olunub ki, R.Novruzov yük yerində külli miqdarda narkotik vasitə olan avtomobilini diqqət çəkməmək məqsədilə paytaxt ərazisinə evakuator xidməti göstərən nəqliyyat vasitəsinin platformasında çatdırmağı planlaşdırıb. Polis əməkdaşları tərəfindən davam etdirilən əməliyyat tədbirləri ilə narkotik maddələrin ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilməsi və dövriyyəsində həmin şəxslə əlbir olan Ramil Fərziyev, Pərviz Miranov və qohumu Höccət Miranov da saxlanılıblar.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
"Narkotik vasitələrin qanunsuz dövriyyəsi" teqi üzrə xəbərlər
- Türkiyədə 3 iranlının mədə və bağırsaqlarından 91 paket narkotik çıxdı
- Narkotik satmaqda təqsirləndirilən şəxsə HÖKM OXUNDU
- Saatlıda narkotik vasitələrin satışı ilə məşğul olan iki nəfər həbs edildi
- Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
- Sumqayıtda polisin əməliyyatı zamanı 20 kiloqram narkotik vasitə aşkarlanıb
Rəylər