Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Naxçıvanda cəzaçəkmə müəsissəsinin nəzarətçisi barəsində cinayət işi başlanıb
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyindən həmin qurumun Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin nəzarətçisi Ceyhunə Qurbanovanın qanunsuz əməlləri barədə daxil olmuş material üzrə Muxtar Respublika Prokurorluğunda araşdırma aparılıb.
Oxu.Az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Prokurorluğundan verilən məlumata görə, araşdırma zamanı Ceyhunə Qurbanovanın qulluq mövqeyindən istifadə edərək qeyd olunan müəssisədə cəza çəkən qadın məhkumlardan biri üçün cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərə qadağan olunmuş müxtəlif əşyaları yoxlamadan gizlədərək özünə məxsus çantada müəssisəsinin daxilinə keçirməsinə və həmin məhkuma verməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta bağlı Naxçıvan Muxtar Respublikası Prokurorluğunda Cinayət Məcəlləsinin 317-1.2-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə verilməsi və ya ötürülməsi) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
"Naxçıvan Muxtar Respublikası" teqi üzrə xəbərlər
- Tanınmış teleaparıcı yeni vəzifəyə təyin olundu
- Naxçıvan-Bakı və Bakı-Naxçıvan istiqamətində reyslər bərpa olunub
- Naxçıvanda iki qurumdan birgə əməliyyat: "Smerç" raketinin hissəsi tapıldı
- Naxçıvan Ali Məclisinin növbəti iclasında da sədr seçilmədi
- Naxçıvanlı gənclər danışa bilən robot prototipi hazırlayıblar