Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşının güllə yarası alması faktı təsdiqlənib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, hadisə qanunsuz ov hallarına qarşı aparılan mübarizə tədbirləri çərçivəsində baş verib.
Nazirliyin əməkdaşı yaralanıb. Faktla bağlı araşdırma aparılır.
12:20
Bu gün Saatlı rayon sakini 1954-cü il təvəllüdlü Ağakərim Səlimov güllə yarası ilə Şirvan şəhər xəstəxanasına gətirilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, A. Səlimovun üzərində cərrahi əməliyyat aparılıb.
A. Səlimov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşıdır.
A.M.