Bakıda mağazalardan oğurluq edən şəxs saxlanılıb.
Oxu.Az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 12-də Məmməd Əmirxanova və aprelin 23-də Fuad Mehdiyevə məxsus mağazalardan, habelə “Azərpoçt” MMC-nin 71 saylı poçt filialından pul və “PayPoint” aparatı oğurlamış Bakı şəhər sakini Telman Mustafayev tutulub.
24.04.2015
Bakıda “Pay Point” aparatı oğurlanıb.
Oxu.Az xəbər verir ki, Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsində qeydə alınıb.
Ötən gün axşam saatlarında naməlum şəxs və ya şəxslər qəsəbə ərazisində içərisi pulla dolu, “Comted LTD”-yə məxsus “Pay Point” ödəniş terminalını oğurlayıb.
Hazırda polis hadisəni törədən şəxsin və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində iş aparır.
E.Ə.
www.oxu.az