Sumqayıt polisi mağaza və apteklərdən oğurluq edən Ceyranbatan sakinini saxlayıb.
Oxu.Az xəbər verir ki, Lent.az-ın məlumatına görə, aparılan əməliyyat zamanı oğurluqda şübhəli bilinən sabiq polis əməkdaşı Abdullayev Süleyman Məhərrəm oğlu yaxalanıb. İlkin dindirilmə zamanı o cinayət əməlini etiraf edib.
S.Abdullayevin sözlərinə görə, o, Sumqayıtda iki market və aptekdən ümumilikdə 980 manat oğurlayıb. Oğurladığı pulları isə kef məclislərinə və narkotik vasitə almaq üçün sərf edib.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.