Quba Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçiriblər.
Oxu.Az-ın məlumatına görə, görülən tədbirlərlə əvvəllər məhkum olunmuş 52 yaşlı Şəmşir Əmiraslanov şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış zamanı 7 kiloqram marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Ş.Əmiraslanovun barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
Qaynar xətt:
(055) 224 12 12